Timsah kişini bacısı oğlunun gözü önündə yedi
16-02-2019, 06:44
![Timsah kişini bacısı oğlunun gözü önündə yedi](/uploads/posts/2019-02/1550285108_1.jpg)
Malaziyada dənizdə timsah bir kişini yeyib. Bu barədə “Daily Mail” nəşri xəbər verib. Hadisə 12 fevralda baş verib. Malaziyanın Saravak ştatında indoneziyalı Mux Tahir Məcid izsiz itib. Onun 24 yaşlı bacısı oğlu itmiş qohumunun izinə düşüb.
Çayın səthinə diqqətlə baxanda gənc orda 40 yaşlı dayısının başını görüb. Həmin vaxt onun başı dərhal da suyun altına girib. Ölən kişini 13 fevralda tapıblar. Onun bədəni timsahın çoxsaylı dişləkləri nəticəsində bərbad vəziyyətə düşüb. Polis sonda belə nəticəyə gəlib ki, kişini dəniz timsahı yeyib.
Yerli KİV-lərin məlumatına görə, indoneziyalı Malaziyaya yerli palma plantasiyalarında çalışmaq üçün miqrasiya edibmiş. Dəniz timsahlarına tez-tez Borneyu, Sabah, Saravak ştatlarında, dəniz, çimərlik kənarlarında rast gəlinir.
2017-ci ildən etibarən Saravak rəhbərliyi timsahlar üzərində ov aparır. Bu da bir çox insidentlərin kökünü kəsmək məqsədi daşıyır.
Yanvarda timsah yedizdirən bir qadın bioloqun elə həmin timsah tərəfindən yeyilməsi barədə xəbər yayılmışdı. Faciəvi hadisə Tomoxon şəhərində baş vermişdi. Timsahı yedirdən qadın bir anda beş metrlik heyvanın arxa pəncələri üzərinə qalxıb, ona tərəf atılması isə qurbana çevrildi.
musavat/com