ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb, ölənlər var

24-02-2019, 08:39           
ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb, ölənlər var
ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə KHOU telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Texas ştatında, Anauak şəhəri yaxınlığında baş verib. Mayamidən Hyustona uçan "Atlas Air" hava şirkətinə məxsus "Boeing 767" yük təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.

Qəzanın təfərrüatı açıqlanmır.

Daha əvvəl də Virciniya ştatında, Frederiksberq şəhərində yüngülmühərrikli təyyarə magistral yolun yanında yerə düşərək yanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru