Kolumbiya rəsmisi: Venesuela ilə sərhəddə toqquşmalar zamanı 285 nəfər xəsarət alıb

24-02-2019, 09:10           
Kolumbiya rəsmisi: Venesuela ilə sərhəddə toqquşmalar zamanı 285 nəfər xəsarət alıb
Kolumbiyanın Xarici İşlər Nazirliyinin başçısı Karlos Olmes Truxilo bildirib ki, Venesuela ilə sərhəddə toqquşmalar nəticəsində yüzlərlə insan xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə TASS bildirib.

"Gözyaşardıcı qazdan və silahdan istifadə nəticəsində 285 nəfər xəsarət alıb ", - deyə Truxilo qeyd edib.

Onun sözlərinə görə, 37 nəfər xəstəxanaya yerləşdirilib.

Kolumbiyanın Xarici İşlər Nazirliyinin məlumatlarına əsasən, zərər çəkmiş 255 venesuelalı arasında 30 kolumbiyalı da var.

Venesuelanın Braziliya ilə sərhədində humanitar köməyi ölkəyə buraxmağı tələb edən nümayişçilərlə Venesuelanın Milli Qvardiyasının əməkdaşları arasında toqquşmalarnəticəsində iki nəfər ölüb, daha on səkkiz nəfər yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru