Dünyanın ən zəngin adamı bir günə 4 milyard dollar itirdi

24-02-2019, 10:52           
Dünyanın ən zəngin adamı bir günə 4 milyard dollar itirdi
Amerikalı milyarder Uorren Baffet bir günə 4 milyard dollardan çox pul itirib.
"Gazeta.ru” yazır ki, bu barədə o, investorlara məktubunda yazıb.
Baffet bildirib ki, rəhbərlik etdiyi Berkshire Hathaway fondu 2008-ci ildən bəri ən aşağı gəlir əldə edib.

Gəlirlərin azalmasına Kraft Foods şirkətinin problemləri olub. Maliyyə hesabatı dərc edildikdən sonra şirkətin səhmlərinin dəyəri 20 faiz aşağı düşüb. Nəticədə Berkshire Hathaway gün ərzində 4 milyard dollardan çox pul itirib.
Xatırladaq ki, ötən ilin aprelində Baffet dünyanın ən zəngin şəxslərinin siyahısında birinci idi.

www.anews.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru