Venesuelada iğtişaşlar zamanı 25 nəfər ölüb 25-02-2019, 07:57 Venesuelanın Bolivar ştatında fevralın 23-də baş vermiş iğtişaş zamanı 25 nəfərdən çox insan ölüb.“Report” TASS-a istinadən xəbər verir ki, bunu deputat Romel Qusaman deyib."Fevralın 23-də Santa-Elena-de-Uayren rayonunda 25-dən çox adam ölüb", - deyə o bildirib.Deputatın sözlərinə görə, mülki əhalinin etirazlarının yatırılmasında Milli Qvardiya döyüşçülərinin uniformasını geyinən dustaqlar iştirak ediblər. Facebook-da paylaş