Köməkçisi icra başçısının ölüm səbəbindən DANIŞDI

25-02-2019, 13:31           
Köməkçisi icra başçısının ölüm səbəbindən DANIŞDI
Naftalan İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov bu gün saat 13:00 radələrində Bakıdakı “Qurd qapısı” qəbristanlığında dəfn olunacaq.

Bu barədə Modern.az-a başçının köməkçisi Yavər Aslanov məlumat verib.

Y.Aslanov başçının dünən gecə saatlarında dünyasını dəyişdiyini bildirib:
“İlkin məlumata görə, ürək tutmasından vəfat edib”.

Rövşən İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub.

1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirərək “İnşaat mühəndisliyi” ixtisasına yiyələnib.
1986-1988-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliiyətinə 1991-ci ildən "Azneft" İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestində iş icraçısı olaraq başlayıb. ARDNŞ-də (SOCAR) müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışıb.
Fevral 2011-ci ildən 18 may 2018-ci il tarixədək ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamenitinin rəisi vəzifəsində işləybi.
Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci il tarixli Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəli idi, 2 övladı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru