Konqresmen bəyanat yaydı –Xocalı ilə bağlı

27-02-2019, 07:48           
Konqresmen bəyanat yaydı –Xocalı ilə bağlı
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun üzvü, Şimali Karolina ştatını təmsil edən respublikaçı Virciniya Foks Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib.

Teleqraf.com xəbər verir ki, Konqres üzvü bəyanatında Xocalı şəhərini və həmin faciəli günlərdə həlak olmuş Xocalı sakinlərinin xatirəsini anaraq Azərbaycan xalqının kədərinə qoşulduğunu bildirib və dərin hüznlə başsağlığı verib.

Virciniya Foks 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qadın və uşaqlar daxil olmaqla Xocalıda 613 nəfər azərbaycanlının qətlə yetirildiyini vurğulayıb.

Konqres üzvü, həmçinin Azərbaycan hökumətinin ABŞ-ın dəyərli tərəfdaşı olduğunu bildirərək regionda Amerikanın əsas müdafiəçisi kimi çıxış etdiyini qeyd edib.

Sonda Konqres üzvü Xocalı faciəsində həyatını itirmiş insanları yad edərək Azərbaycan xalqına dərin ehtiramını bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.