Kubada hərbi təyyarə qəzaya uğrayıb

27-02-2019, 07:53           
Kubada hərbi təyyarə qəzaya uğrayıb
Çərşənbə axşamı Kubada yerli hərbi hava qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Meksikanın "Milenio" portalı məlumat yayıb.

Bildirilir ki, təyyarə Havanadan təqribən 40 km aralıda yerləşən Artemisa əyalətinin Quira-de-Melena bələdiyyəsində yerə düşüb. Pilot katapult edə bilib, təyyarə boş əraziyə düşüb.

İlkin məlumatlara görə, söhbət Sovet istehsalı olan "MiQ-23" qırıcısından gedir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.