Gəncədə ana 12 yaşlı oğlu ilə birlikdə itkin düşdü
27-02-2019, 07:59
Gəncədə ana oğlu ilə birlikdə itkin düşüb.
Trend-in məlumatına görə, hadisə Gəncə şəhəri "DOS" yaşayış massivində baş verib.
Həmin yaşayış massivi 6, bina 61, mənzil 1-də yaşayan 1982-ci il təvəllüdlü Cəlilova Sevinc Akif qızı onunla birlikdə yaşayan oğlu, 2007-ci il təvəllüdlü Cəlilov Cəfər Anar oğlu ilə birlikdə fevralın 22-də yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar.