Azərbaycanda vəzifəli şəxs xidməti maşını ilə qəza etdi – ağır yaralandı

27-02-2019, 15:31           
Azərbaycanda vəzifəli şəxs xidməti maşını ilə qəza etdi – ağır yaralandı
Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi yol qəzasında ağır yaralanıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Novxanı qəsəbəsində baş verib.

Belə ki, Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev idarə etdiyi xidməti avtomobili ilə hərəkətdə olan zamanı idarəetməni itirib və avtomobil beton maneəyə çırpılıb.

Qəza zamanı Ə.Əmirəliyev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru