Gəncədə erməni diversanta hökm oxundu - 20 il həbs

27-02-2019, 16:48           
Gəncədə erməni diversanta hökm oxundu - 20 il həbs
Gəncədə erməni diversanta hökm oxundu
Azərbaycanda terror aktı törətməyə cəhddə təqsirləndirilən erməni diversant Karen Armeni Kazaryana hökm oxunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə Kazaryanın 20 il müddətinə azadlıqdan məhrum edilməsinə dair qərar çıxarılıb. Məhkəmənin hökmü ilə Kazaryan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, erməni diversant Karen Armeni Kazaryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həyat və sağlamlıq əleyhinə olan cinayətlər, İqtisadi fəaliyyət sahəsində olan cinayətlər, İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər, Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər, İdarəetmə qaydası əleyhinə olan cinayətlərdə təqsirli bilinib.

O, 2018-ci il iyulun 15-də Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qoşunların təmas xəttindəki minalanmış, tikanlı məftil və mühəndis maneələri ilə təchiz olunmuş sahədən keçib. Kəmərli kəndinin kənarı ilə Qazax şəhəri istiqamətində, təxminən, 50-100 metr məsafəni qət etdikdən sonra şəxsi mal-qarasını otarmağa çıxarmış kənd sakinlərinin diqqətini cəlb etdiyindən, onlar tərəfindən müvafiq dövlət qurumlarına məlumat verilib.

K.Kazaryan həmin gün səhər saat 07:00-da Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən görülmüş müvafiq tədbirlər nəticəsində Qazax rayonunun Kəmərli kəndinin “Balakənd” adlandırılan ərazisində tutulub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.