Almaniyada qoca ailənin iti ödənilməyən vergilərə görə müsadirə edilib

1-03-2019, 07:53           
Almaniyada qoca ailənin iti ödənilməyən vergilərə görə müsadirə edilib
Almaniyada it ödənilməyən vergilərə görə müsadirə edilib.

"Report" xəbər verir ki, bu barədə BBC bildirib.

Məlumata görə, hadisə Alene şəhərində baş verib. Qeyd edilir ki, məmurlar əvvəlcə ən qiymətli əşya kimi əlil arabasını müsadirə etmək istəyiblər. Ancaq onlar sonradan "Edda" ləqəbli itin üzərində dayanıblar. Məmurlar sonda ödənilməmiş vergilərə görə iti müsadirə ediblər və onu "eBay"da satıblar.

Məmurlardan biri heyvana 750 avro qiymət qoyub.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp sələflərindən fərqli olaraq itlərinin olmaması səbəbini izah edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru