Bakıda əməliyyat - Lotu Qulinin adamı öldürüldü

1-03-2019, 08:06           
Bakıda əməliyyat - Lotu Qulinin adamı öldürüldü
axili İşlər Nazirliyinin (DİN) xüsusi təyinatlı dəstələri Bakıda kriminal qruplaşma üzvlərinə qarşı əməliyyat keçirib.

Axar.az azxeber.com-a istinadən bildirir ki, əvvəllər Cinayət Məcəlləsinin 180.21-ci, 180.3.2-ci, 181.3.2-ci, 120.1-ci, 228.1-ci və 234.1-ci maddələri ilə dəfələrlə məhkum olunmuş, 1984-cü il təvəllüdlü Müseyib Cəfərovun gizləndiyi yer müəyyən edilib. Onun saxlanılması istiqamətində həyata keçirilən xüsusi əməliyyat zamanı M.Cəfərov polisin "təslim ol" xəbərdarlığına məhəl qoymadan silahlı müqavimət göstərib. Nəticədə polis silah tətbiq etmək məcburiyyətində qalıb və M.Cəfərov məhv edilib.

Cüdo üzrə Azərbaycan çempionu olan M.Cəfərov "Lotu Quli" ləqəbi ilə tanınan kriminal avtoritet Nadir Səlifovun yaxın adamlarından biri olub.

DİN-in mətbuat xidmətindən müxtəlif cinayətlərdə adı keçən M.Cəfərovun xüsusi əməliyyat zamanı məhv edildiyini təsdiqləyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru