Keşlədə avtomobil qatarla toqquşdu

1-03-2019, 08:35           
Keşlədə avtomobil qatarla toqquşdu
Dəmir yolunun Keşlə qəsəbəsindən keçən hissəsində qəza baş verib.

Ekspress.az xəbər verir ki, Türkiyə vətəndaşı Mustafa Akın idarə etdiyi “Mitsubişi” markalı avtomobil yüksək sürətlə dəmir yolu keçid məntəqəsinə yaxınlaşıb.

Dəmir yolu keçid məntəqəsində şlaqbaum bağlı olub. Lakin buna baxmayaraq avtomobil sürücüsü şlaqbaumun sağ tərəfində olan boşluqdan istifadə edib nəqliyyat vasitəsini dəmir yoluna yönəldib.

Bu zaman dəmir yolu ilə hərəkət edən yük qatarı avtomobil ilə toqquşub. Nəticədə sərnişin yerində əyləşən qadın ciddi xəsarət alıb və dərhal xəstəxanaya aparılıb. (ONA)

Hadisə yerinə Dəmir yolu nəqliyyatında polis idarəsinin əməkdaşları cəlb olunub. Maşinist, mühəndis və avtomobil sürücüsü izahat vermək üçün polis bölməsinə aparılıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru