17 yaşlı tələbə qızı maşın vurdu

1-03-2019, 11:18           
17 yaşlı tələbə qızı maşın vurdu
Qazax şəhərində 17 yaşlı piyadanı avtomobil vurub.

Teref.az "Report"a istinadən xəbər verir ki, şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən 17 yaşlı Nigar Məmmədovanı avtomobil vurub.

O, xəstəxanaya yerləşdirilib və hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, N.Məmmədova Qazax şəhərində kollecdə oxuyur.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.