Bakıda küçədə yaşlı qadına qarşı İYRƏNC HƏRƏKƏT

1-03-2019, 18:31           
Bakıda küçədə yaşlı qadına qarşı İYRƏNC HƏRƏKƏT
Bakıda soyğunçuluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, paytaxt sakini, 1961-ci il təvəllüdlü Dursun İslamova 37-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, günorta saatlarında tanımadığı şəxsin hücumuna məruz qalıb.

Belə ki, qadını izləyən naməlum şəxs Gəncə prospekti 30 ünvanının qarşısında ətrafda kimsənin olmamasından istifadə edərək ona hücum edib. Qadına qarşı zor tətbiq edən soyğunçu onun əlindəki çantanı alaraq uzaqlaşıb.

Çantada “Samsung” markalı telefon, 150 manat pul və iki bank kartı olub.

Bildirilir ki, hadisə qadın bankomatdan pul çıxarıb evə gedərkən baş verib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru