Floridada təyyarə çoxmərtəbəli binaya çırpılıb

2-03-2019, 08:05           
Floridada təyyarə çoxmərtəbəli binaya çırpılıb
Cümə günü ABŞ-ın Florida ştatının Fort-Loderdeyl şəhərində yüngülmühərrikli təyyarə çoxmərtəbəli binaya çırpılıb. Nəticədə pilot həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yanğın-xilasetmə xidmətinin nümayəndəsinə istinadən "The Miami Herald" nəşri yazıb.

Hadisə günorta saatlarında baş verib. Təyyarə binanın 16 və 17-ci mərtəbələri arasındakı hissəyə dəyib. Daha sonra o, təmir işlərinin aparıldığı hovuz olan terrasa düşüb. Bina sakinləri təxliyə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru