Bakıda gənc oğlana 8 bıçaq zərbəsi vurublar

2-03-2019, 08:06           
Bakıda gənc oğlana 8 bıçaq zərbəsi vurublar
Binəqədi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

ONA-nın məlumatına görə, hadisə "Qaçqın bazarı" kimi tanınan ərazidə baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Rüstəmov Zaman Qərib oğlu tanışı Orxan Ağayev ilə hələlik naməlum səbəbə görə mübahisə edib.

Əlbəyaxa dava zamanı Orxan Ağayev ona 8 dəfə bıçaq zərbəsi vurub. O. Ağayev hadisə yerindən qaçıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır. Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru