Prezidentin tapşırığı var, yeni qərar veriləcək - Əzizov

2-03-2019, 12:21           
Prezidentin tapşırığı var, yeni qərar veriləcək - Əzizov
Bayılda sürüşmə zonasındakı evlərlə bağlı məsələyə Nazirlər Kabinetində baxılır.

Axar.az xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. O bildirib ki, həmin ərazidə bu ilk sürüşmə hadisəsi deyil və sonuncu da olmaycaq:

“Bu təbii prosesdir və sürüşmə hadisələri yalnız insan faktoru ilə bağlı deyil. İnsanların oradakı fəaliyyəti prosesə yalnız təkan verə bilər. Orada Daş dövründə də, Orta əsrlərdə də hər zaman sürüşmə hadisələri olub. Mən hər zaman bunu xüsusi olaraq vurğulayıram ki, Bayılda ilk sürüşmə hadisəsi 1841-ci ildə qeydə alınıb. O vaxt həmin ərazidə nə yaşıllıq var idi, nə yaşayış. Bu gün orada yaşayanların problemi aktual olaraq qalır. Yəqin ki, yaxın zamanda bununla bağlı yeni qərar veriləcək. Çünki cənab Prezidentin bu məsələ ilə bağlı tapşırığı var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru