Londonda süpürgəçi tapdığı 400 min dolları polisə təhvil verib

3-03-2019, 15:28           
Londonda süpürgəçi tapdığı 400 min dolları polisə təhvil verib
Londonda süpürgəçi avtobusların birində tapdığı 300 min funt sterlinq (təxminən 396 min dollar -red) paytaxt polisinin Britaniya xidmətinə təhvil verib.

"Report" xəbər verir ki, bu barədə "Daily Mirror" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, sərnişinlərdən biri böyük məbləğdə pulu avtobusda qəhvəyi rəngli zərfdə unudaraq nəqliyyat vasitəsini tərk edib. Pulu tapan qadın isə onu polisə verib.

Nəşr pulu polisə təhvil verən dürüst süpürgəçinin adını açıqlamayıb. Ancaq qeyd edilir ki, o, Londonun təmizlik xidməti göstərən şirkətlərindən birinin əməkdaşıdır.

Daha əvvəl Londonda tərkibində yüksək həcmdə duz, şəkər, yağ olan yemək və içkilərin nəqliyyatdakı reklamına qadağa qüvvəyə minib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.