Azərbaycanda DƏHŞƏT: 11 yaşlı qız özünü öldürdü

5-03-2019, 10:35           
Azərbaycanda DƏHŞƏT: 11 yaşlı qız özünü öldürdü
Zaqatalada 11 yaşlı qız intihar edib.

Teref.az ONA-ya istinadən xəbər verir ki, martın 4-ü saat 23.00 radələrində rayonun Danaçı kəndində 2008-ci il təvəllüdlü Gülnaz Şaban qızı Naqqayevin meyiti yaşadığı evin zirzəmisində yaxınları tərəfindən aşkar edilib. İlkin araşdırma zamanı 11 yaşlı G. Naqqayevin intihar etməsi məlum olub. Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru