ABŞ-ın Pensilvaniya ştatının Lihay Velli adına Beynəlxalq Hava Limanında sərnişinlərdən birinin yük bağlamasında hissələrə ayrılmış qumbaraatan aşkarlanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyatda Təhlükəsizlik üzrə Federal İdarəsi bildirib.
Məlumata görə, qumbaraatan yoxlama məntəqəsində aşkarlanıb. Buna görə siqnalizasiya işə düşüb.
Qeyd edilir ki, faktla bağlı silahın sahibi saxlanılıb. Onun Florida sakini olduğu bildirilir. Onu qaydaları pozduğuna görə 13 min dollara qədər cərimə gözləyir.
Daha əvvəl ABŞ-ın Florida ştatının Fort-Loderdeyl hava limanında atışma nəticəsində 5 nəfər ölüb, 8-i yaralanıb.