Deputatların əmək haqları 5 000 manat oldu

6-03-2019, 18:34           
Deputatların əmək haqları 5 000 manat oldu
Azərbaycanda deputatlar yeni ildən əmək haqqları ilə yanaşı, ezamiyyət xərclərini də almağa başlayıblar.

Unikal.org-a daxil olan məlumata görə, millət vəkillərimizin ezamiyyət xərcləri, aldıqları əmək haqlarının 100%-nə qədər yüksəlib.

Beləliklə, hazırda deputatlar orta hesabla 5 000 manatdan artıq maaş alırlar.

Milli məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Unikal.org-a yeni ildən deputatlara ezamiyyət xərclərinin verildiyini təsdiqləyib. Bildirib ki, artım yalnız deputatların səfərləri və bəzi xərcləri üçün nəzərdə tutulub: “Misal üçün deputatlar rayonara, xarici səfərlərə tez-tez gedirlər. Bununla belə, xaricdən qonaqlarımız da gəlir. Əvvəllər bu məsələlərə görə deputatlara vəsait verilmirdi. Yeni ildən sözügedən məsələlərə görə, vəsait ayrılır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru