Bakıda "təcili yardım" çağırışa getmədi - Xəstə stansiyaya hücum etdi

6-03-2019, 18:45           
Bakıda "təcili yardım" çağırışa getmədi - Xəstə stansiyaya hücum etdi
Bakıda Təcili Tibbi Yardım Stansiyasına hücum olub.

Hadisə paytaxtın Qaradağ rayonu, Korgöz qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən Təcili Tibbi Yardım Stansiyasına (TTYS) basqın edən şəxs binanın şüşələrini sındırıb, stansiyadakı növbətçi həkimə və sanitara, həmçinin, çağırış yerinə gələn polis əməkdaşına hücum çəkib.

Stansiyanın böyük həkimi Tahir Alıyev ONA-ya açıqlamasında faktı təsdiqləyib. O, qeyd edib ki, stansiyaya hücum edən şəxs Valeh Hümbətov olub və o, psixi xəstəlikdən əziyyət çəkir: "Həmin şəxs özü üçün psix-briqadaya müraciət edib. Lakin briqada gəlmədiyi üçün xəstə elə bilib ki, bizim stansiyada psix-briqada var və stansiyaya gələrək etirazını bildirib. Lakin bizim stansiyada belə bir xidmət növü mövcud deyil. Psix-briqada Bakıda yalnız 9 saylı Təcili Tibbi Yardım Stansiyasında fəaliyyət göstərir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru