Övladının tələbə olması üçün 20 min dollar verdi - BAKIDA ŞOK FIRILDAQ

7-03-2019, 14:52           
Övladının tələbə olması üçün 20 min dollar verdi - BAKIDA ŞOK FIRILDAQ
Bakıda dələduzluqla üzləşmiş şəxs hüquq-mühafizə orqanlarına müraciət edib.

Publika.az-ın əldə ediyi məlumata görə, Bakı şəhər Prokurorluğuna müraciət edən 1976-cı il təvəllüdlü Həşimov Sahib Əli oğlu tanışlarının onu aldadaraq 20 min dollar pulunu aldığını bildirib.

S.Həşomovun sözlərinə görə, Zərbalı və Fərid adlı şəxslər onun övladını Türkiyədə universitetə qəbul etdirəcəklərinə söz veriblər və bu məqsədlə 20 min dollar alıblar. Lakin həmin şəxslər verdikləri vədə əməl etməyərək pulu mənimsəyiblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru