ABŞ-da Gülnarə Kərimovaya qarşı cinayət işi açılıb
8-03-2019, 08:53
Özbəkistanın sabiq prezidentinin qızı Gülnarə Kərimova ABŞ-da çirkli pulların yuyulmasında, həmçinin 865 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunur.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Nyu-York Cənub Dairə Məhkəməsi məlumat yayıb.
Ona qarşı cinayət işinin açıldığı bildirilir.
Prokurorluqdan qeyd ediblər ki, bu, xarici korrupsiya tətbiqləri haqqında qanun tarixində ən böyük cinayət işidir.