Trampın seçkiqabağı qərargahının sabiq rəhbərinə hökm oxunub
8-03-2019, 09:06
ABŞ-ın Virciniya ştatının federal məhkəməsi prezident Donald Trampın seçkiqabağı qərargahının sabiq rəhbəri Pol Manafortu fırıldaqçılıqda günahkar bilərək, 47 ay müddətinə həbs cəzasına məhkum edib.
“Report” "NBC News"yə istinadən xəbər verir ki, məhkəmə iclası zamanı Manafort deyib ki, onun proses zamanı "alçaldıldığını" demək "kobud kiçiltmə" olardı.