Gülnarə Kərimovanın intihar xəbəri yayıldı – Rəsmi açıqlama

8-03-2019, 16:01           
Gülnarə Kərimovanın intihar xəbəri yayıldı – Rəsmi açıqlama
Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın Daşkənddə ev dustaqlığından ümumi rejimli həbsxanaya köçürülməsindən sonra intihar etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu barədə Özbəkistanın Baş Prokurorluğundan açıqlama verilib.

“Heç bir intihar, ya da intihar cəhdi, o cümlədən cinayət hadisəsi baş verməyib. Gülnarə Kərimova təyin olunmuş qaydada cəza çəkir. Bütün bunlar rezonans doğuran hadisə ətrafında növbəti şayiələrdir”, - Baş Prokurorluqdan bildirilib.

Qeyd edək ki, G.Kərimova 2 gün öncə ev dustaqlığından ümumi rejimli həbsxanaya köçürülüb. Onun həbsxanada intihar etdiyi barədə məlumat az öncə yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru