Azərbaycanda 3 polis kök olduğuna görə işdən çıxarıldı
9-03-2019, 20:12
Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda kadr islahatları aparıb.
Məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Ruslan Hüseynov, Dövlət Yol Polisinin əməkdaşları – Loğman İsmayılov və Rəşid Məcidov işdən kənarlaşdırılaraq sərəncama götürülüb.
Məlumata görə, polislər kök olduqları üçün normativləri yerinə yetirə bilməyiblər.