İndoneziyada qatar relsdən çıxdı - yaralılar var 10-03-2019, 21:00 İndoneziyanın Qərbi Yava vilayətində qatarın relsdən çıxması nəticəsində onlarla insan xəsarət alıb.Teleqraf.com-un məlumatına görə, hadisə bu gün yerli vaxtla 10:30-da Boqor bələdiyyəsində baş verib.Hadisə şahidləri bildirir ki, hadisəyə səbəb elektrik xətti dirəyinin aşması olub, ancaq hal-hazırda araşdırma aparılır.Qatar Cakartadan turistlər arasında məşhur olan Boqora gedirdi. Facebook-da paylaş