Azərbaycanın qızılla dolu kəndi: oranı kim talayır?

12-03-2019, 19:00           
Azərbaycanın qızılla dolu kəndi: oranı kim talayır?
İranın Şərqi Azərbaycan əyalətinin Vərziğan şəhərinin Kamblaş kəndinə gələn yerli olmayan iş adamları burada əraziləri baha qiymətə alırlar.

Axar.az xəbər verir ki, Kamblaş əhalisi kənddə qızıl mədənləri olduğunu, buna görə də digər bölgələrdən gələn zəngin iş adamlarının torpaqları baha qiymətə aldıqlarını bildiriblər.

“İş adamları anbar tikmək adı ilə torpaqları baha qiymətə alır. Onlardan bəziləri kənd ətrafında yerləşən müəyyən ərazini ələ keçirmək üçün 10 milyard tüməndən çox pul təklif edib”, - sakinlər deyib.

Sakinlər bildiriblər ki, artıq ərazidən tərkibində qızıl olan xeyli daş oğurlanıb.

Hələ ki, kəndin rəsmi şəxsləri bu barədə heç bir açıqlama verməyiblər.

Qeyd edək ki, Vərziğan şəhəri müxtəlif mədən qaynaqları baxımından çox zəngindir. Buradakı məşhur “Süngün misi” mədəni Yaxın Şərqin ən böyük mis mədəni hesab olunur. Lakin bölgənin azərbaycanlı əhalisi bu mədəndən heç bir gəlir əldə edə bilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru