Bakıda müəllimə dərs vaxtı öldü

12-03-2019, 19:02           
Bakıda müəllimə dərs vaxtı öldü
Bakıda orta məktəbdə çalışan gənc müəllimə qəfil dünyasını dəyişib. Teref.az News24.Az-a istinadən xəbər verir ki, Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi kimi çalışan 22 yaşlı Gülnar Balarza qızı Əliyeva dərs prosesi zamanı dünyasını dəyişib.

Ona kömək edilməsi üçün təcili yardım çağırılsa da, gizli infarkt keçirən gənc qadını xilas etmək mümkün olmayıb. 5 ayın gəlini olan müəllimənin təzyiq xəstəsi olduğu məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru