Feysbuk və İnstaqram istifadəçiləri sosial şəbəkələrdə yenə nasazlıq olduğunu bildiriblər. Trend-in məlumatına görə, dünyanın bəzi ölkələrində problemlər yaranıb.
Facebook sosial şəbəkəsi ilə bağlı daha çox ABŞ və Filippində, Avropa (Böyük Britaniya, Niderland və digər ölkələr) və Latın Amerikası ölkələrində şikayət edirlər.
Facebook və İnstaqram sosial şəbəkələri ilə problemlərin Azərbaycanda da müşahidə edildiyi bildirilib.