ABŞ-da zəlzələ olub. BakuPost-unxarici mediaya istinadən məlumatına görə, Havay əyalətində qeydə alınan yeraltı təkanlar 5,5 bal gücündə olub. ABŞ Geoloji Araşdırma Mərkəzinin yaydığı məlumata əsasən, zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.