AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası Azərbaycan üçün sürpriz sayılacaq abidə aşkarlayıb.
Kult.az xəbər verir ki, bu barədə arxeoloq Natiq Alışov məlumat paylaşıb.
O, Balakən rayonunun Tülü kəndində Fallos (Bərəkət tanrısı) tapıldığını bildirib.