Azərbaycanda İnformasiya Təhlükəsizliyi Riskləri Reyestri yaradılacaq

21-02-2025, 16:26           
Azərbaycanda İnformasiya Təhlükəsizliyi Riskləri Reyestri  yaradılacaq
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bir sıra dövlət qurumları ilə birlikdə Azərbaycanda ilk dəfə İnformasiya Təhlükəsizliyi Riskləri Reyestri ilə bağlı qayda üzərində işləyir.

Ajans.az xəbər verir ki, bunu Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təmsil etdiyi qurumun Bakıda keçirdiyi “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı”nda bildirib.

"Bu qayda ilə paralel olaraq, "Mitri Atack" platformasına bənzər təhdidlər və həllər kataloqu yaradılacaq. Bu kataloqda bütün mümkün risklər və onların həlli yollarından bəhs edən Azərbaycan dilli platforma olacaq. Bu platformadan mövcud risklərlə mübarizədə faydalana biləcəyik",- deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru