“Volkswagen” 1 ayda cəmi 9 ədəd avtomobil sata bilib – SİYAHI

21-02-2025, 12:34           
“Volkswagen” 1 ayda cəmi 9 ədəd avtomobil sata bilib – SİYAHI
“Volkswagen” keçən ay Çində ID.7 adlı tam elektrik sedandan cəmi 9 ədəd sata bilib.

İndex.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 99,6% azalma deməkdir.

“Volkswagen”in Çində ümumi elektromobil satışları eyni dövrdə 71% azalaraq 15,828 ədəddən 4,552 ədədə enib.

Şirkətin Çində ən çox satılan elektromobili olan ID.3 hetçbek 2025-ci ilin yanvar ayında 2 min 623 ədəd satılıb.

Lakin hətta bu göstərici, ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,5% azdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru