Ali məktəblərdə maliyyələşmədə yenilik olacaq

Dünən, 15:38           
Ali məktəblərdə maliyyələşmədə yenilik olacaq
Nazir bildirib ki, Qarabağ Universitetində nəticəyə əsaslanan maaliyyələşmə pilot layihə kimi tətbiq edilir.
Elmin mövcud maaliyyələşmə alətləri günün tələblərinə cavab vermir. Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.
O qeyd edib ki, nəticəyönümlü maaliyyələşmə yeni hazırlanmaqda olan dövlət proqramının əsasını təşkil edir: "Elmi fəaliyyətin nəticəsinə söykənən maaliyyələşmə ən ədalətli sistemdir. Ayrı-ayrı layihələrin, təqaüdlərin müxtəlif elmi fəaliyyətlərə yönəlmiş müəssisələr və alimlərə verilməsi planlaşdırılır".
Nazir qeyd edib ki, Qarabağ Universitetində nəticəyə əsaslanan maaliyyələşmə pilot layihə kimi tətbiq edilir və tezliklə ölkə üzrə bütün ali təhsil müəssislərində tətbiq edilməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.