Tesla avtomobilləri təhlükəsizlik baxımından sınaqdan keçirilib - VİDEO

21-02-2025, 11:14           
Tesla avtomobilləri təhlükəsizlik baxımından sınaqdan keçirilib - VİDEO
Elektrikli pikap "Tesla Cybertruck", ABŞ-nin Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən təhlükəsizlik testindən keçirilib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Electrek" məlumat yayıb.

Sınaqların nəticələrinə əsasən, "Cybertruck" beş ulduz qiymətləndirilməsinə layiq görülüb. NHTSA avtomobilləri sürücü, sərnişinlər və piyadalar üçün təhlükəsizlik baxımından qiymətləndirib.

Məsələn, 60 km/saat sürətlə ön toqquşma testində sürücü yeri beş ulduz, sərnişin yeri isə dörd ulduz alıb. Eyni zamanda, yan toqquşma sınağında avtomobil maksimum qiymətləndirilib. Lakin piyadalarla toqquşma təhlükəsizliyi test olunmayıb, çünki Cybertruck-ın poladdan hazırlanmış gövdəsi digər nəqliyyat vasitələri ilə müqayisədə xeyli daha möhkəmdir.

Qeyd edək ki, "Tesla" şirkəti pilotsuz taksi xidmətini 2025-ci ilin iyununda Texas ştatının Ostin şəhərində istifadəyə verməyi planlaşdırır.
VİDEO:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru