ABŞ prezidenti Donald Tramp “diktator” adlandırdığı Zelenskiyə Rusiya ilə razılığa gəlmək üçün tələsməsini söyləyərək, digər tərəfdən Çin ilə arada olan iqtisadi gərginliyin azaldılması üçün müraciətlər ünvanlayıb.
İndex.az xəbər verir ki, Trampın bu addımı qlobal bazarlara öz təsirini göstərib.
Belə ki, “S&P 500” birjası çərşənbə günü 0,2% artaraq yeni rekorda imza atıb.
“MSCI Asia Pacific” birjası 0,8%, Honq-Konqda Çin texnologiya şirkətlərini izləyən birja isə 2%-dən çox geriləyib.
İnkişaf etməkdə olan bazar valyutaları arasında Yapon yeni dollara nisbətdə qazanc əldə edib.
Yaponiya Bankının üzvü Hajime Takatanın növbəti faiz artımının mümkün olduğunu deməsindən sonra yen dollar qarşısında 0,8% möhkəmlənib.
10 illik ABŞ Xəzinədarlığının gəlirliliyi iki baza bəndi azalaraq 4,52% təşkil edib.
Qızıl isə geosiyasi gərginlik fonunda 0,3% bahalaşaraq bir unsiya üçün 2 min 943 dollar olub.