Rusiyada yeni prezident kim olacaq? - Putinin cavabı
28-06-2019, 07:47
2000-ci ildən bəri hər zaman xələfim barədə düşünmüşəm.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Faynənşl Tayms” qəzetinə açıqlamasında deyib.
Buna baxmayaraq, Kreml rəhbəri bildirib ki, yekun qərarı rus xalqı verməlidir.
Dövlət başçısı həmçinin İngiltərədən olan jurnalistlərə cavabında vurğulayıb ki, Rusiyada seçkilər Britaniyadan fərqli olaraq demokratik, azad, şəffaf şəraitdə keçirilir.