Azərbaycanın güllələnmiş daxili işlər nazirinin həyat yoldaşı vəfat edib

17-11-2015, 12:08           
Azərbaycanın güllələnmiş daxili işlər nazirinin həyat yoldaşı vəfat edib
Kabinetində güllələnərək qətlə yetirilən keçmiş daxili işlər naziri general-leytenant Arif Heydərovun həyat yoldaşı Ədilə Heydərova dünyasını dəyişib.
“Report” xəbər verir ki, Ə.Heydərova 30 ilə yaxın Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri işləyib.
O, yaşla əlaqədar 2006-cı ildə vəzifəsindən uzaqlaşıb.
Qeyd edək ki, Ədilə Xeyrulla qızı Heydərova Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Eyni zamanda, 2006-cı ildə dövlət başçısı ona Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, Arif Heydərov 1970-ci ildən 1978-ci ilə qədər Azərbaycan SSR-nin daxili işlər naziri işləyib.1978-ci il iyunun 30-da A.Heydərov kabinetində güllələnərək qətlə yetirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.