MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilən sabiq rəisi, general-mayor Akif Çovdarov Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasına köçürülüb. Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən məlumat daxil olub. “Akif Çovdarov Bakı İstintaq Təcridxanasının korpusundakı ümumi kamerada saxlanır. Bu kamera hüquq-mühafizə orqanları əməkdaşları üçün nəzərdə tutulub və orada heç bir imtiyaz yoxdur. Çovdarovla eyni kamerada daha bir məhkum saxlanır” – deyə mənbə bildirib.