Paşinyan II Qaregini vəzifəsini dərhal tərk etməyə çağırıb

4-07-2025, 00:05           
Paşinyan II Qaregini vəzifəsini dərhal tərk etməyə çağırıb
2020-21-ci illərdə Ktriç Nersisyan (II Qaregin) hakimiyyətin istefasına çağırış edib.

APA xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Telegramda yazıb.

Onun sözlərinə görə, "bundan sonra beynəlxalq ictimaiyyətin azad, demokratik, rəqabətli kimi qiymətləndirdiyi növbədənkənar parlament seçkilərində xalq hakim komandaya etimad votumunu ifadə edib".

Paşinyan vurğulayıb ki, bu, həm də vətəndaşların Patriarxlığı zəbt edənlərə inamsızlığının göstəricisi olub.

Baş nazir qeyd edib ki, 2025-ci ilin iyun ayında kafedralın zəngləri çalınaraq xalqı toplaşmağa çağırıblar. Lakin ruhanilərin və vətəndaşların sayı 1500 nəfəri keçməyib.

“Ktriç Nersisyanın Katolikos iqamətgahını dərhal azad etməsinə dair başqa bir dəlil. Başqa yol yoxdur!”, - Paşinyan vurğulayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru