Trampla Putinin bütün razılaşmaları sıfırlanıb?

4-07-2025, 00:06           
Trampla Putinin bütün razılaşmaları sıfırlanıb?
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov: “Putinlə Tramp arasında telefon söhbəti təxminən bir saat davam edib".
Uşakovun iddiasına görə,
Liderlər enerji və kosmik tədqiqatlar sahəsində bir sıra perspektivli birgə iqtisadi layihələri müzakirə ediblər;
Söhbət zamanı Putin və Tramp Suriyadakı hadisələrə toxunublar, Moskva və Vaşinqton bu mövzuda dialoqu davam etdirəcəklər;
Putin və Tramp İran ətrafındakı vəziyyəti və ümumilikdə Yaxın Şərqi ətraflı müzakirə ediblər;
Putinlə söhbətində Tramp Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini qaldırıb;
Putinlə Tramp mümkün şəxsi görüş barədə müzakirə aparmayıblar.
Çıxarılan nəticə:
• Tramp Putindən Ukraynada hərbi əməliyyatları dayandırmağı tələb edib. Putin bununla razılaşmayıb və üz-üzə görüşmək məsələsi gündəmdən çıxıb. Bu həm də əslində bu telefon danışığında əldə olunan bütün razılaşmaların sıfırlanması deməkdir.
• Putinin Trampla telefon danışığında Suriya məsələsini qaldırması ABŞ-dan çox Türkiyəyə mesajdır. Görünür, Putin bu “təşəbbüsü” ilə Azərbaycanla diplomatik savaşın əsl günahkarı olaraq Türkiyəni görür və ona Suriyada əl-ayağına “dolaşa bilərəm” mesajı verir.
• İran və Yaxın Şərq məsələsinin masaya yatırılması da təsadüfi deyil. Putinin İran qarşılığında Ukraynanı istəməsi bəllidir. Amma 1 saatlıq telefon danışığının nəticəsiz bitməsi versiyası doğrudursa, Putinin bu sövdələşməsinin də işə yarayacağı müəmmalıdır.
Heydər Oğuz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru