"Starbucks"a ABŞ bazarında yeni rəqib çıxdı - "Luckin Coffee"
Dünən, 17:14

Çinin ən böyük qəhvə şəbəkəsi olan "Luckin Coffee" ilk dəfə ABŞ-də mağazalarını açıb.
Valyuta.az xəbər verir ki, şirkət sürət və texnologiyaya əsaslanan biznes modeli ilə "Starbucks"ın insanmərkəzli strategiyasına zidd yanaşma təklif edir.
"Luckin" sifarişləri yalnız mobil tətbiqlə qəbul edir, kassirsiz sistemlə işləyir və qiymətləri "Starbucks"la müqayisədə təxminən 30% daha ucuzdur. Bu yanaşma qısa zamanda şirkətin sürətli genişlənməsinə səbəb olub. Hal-hazırda, əsasən Asiyada 24 000-dən çox mağazası var.
2019-cu ildə maliyyə saxtakarlığı səbəbilə NASDAQ-dan çıxarılan və müflis olan şirkət, yeni rəhbərliklə maliyyə cəhətdən bərpa olunub. 2025-ci ilin birinci rübündə "Luckin" 1,2 milyard dollar gəlir əldə edib.
Nyu-Yorkun nağdsız ticarətə qoyduğu məhdudiyyətlər səbəbilə ABŞ-da hibrid sifariş modeli tətbiq edilə bilər. Şirkət bu barədə hələ açıqlama verməyib.
Bu zaman "Starbucks" rəhbərliyi isə qəhvəxananı "üçüncü məkana" çevirmək planını yenidən canlandırmağa çalışır. "Luckin"in ABŞ-da uğuru, müştərilərin rahatlıqla sürət arasında hansı dəyərlərə üstünlük verdiyini göstərəcək.
