Xamineyi ənənəvi mərasimdə niyə iştirak etməyib? – 3 versiya
Bu gün, 00:13

İranın dini lideri Əli Xamineyi müharibədən sonra yerləşdiyi sığınacağı tərk etməyib.
Tribunainfo.az xəbər verir ki, bunu ölkədə keçirilən bir sıra tədbirlərdə onun iştirak etməməsi də təsdiq edir.
Dünən isə hər il olduğu kimi, Xomeyni məqbərəsində keçirilən Məhərrəm mərasiminə Xamineyinin qatılmaması müzakirələrə səbəb olub. Hərçənd bu müzakirələr fonunda İranın dini liderinin X sosial şəbəkəsində mesajı yayınlanıb.
Belə ki, Xomeyninin məqbərəsində keçirilən mərasimdə Xamineyi həmişə iştirak edib. Bu il isə o tədbirə qatılmayıb. Müşavirlərindən biri Kamil Bağırzadə dolayı şəkildə bildirib ki, İranın dini liderini müharibədən sonra bu tip tədbirlərə qatılmaması cangüdənlərinin təlimatı ilə bağlıdır.
Sosial şəbəkələrin İran seqmentində isə hadisə ilə bağlı üç versiya irəli sürülüb. Birinci versiya budur ki, Xamineyi ddünyasını dəyişib və rəsmi dairələr ölkədə qarışıqlıq düşməsin deyə onu indi açıqlamaq istəmirlər. İkinci versiya isə ondan ibarətdir ki, İranın dini liderinin səhhəti pisdir və o bu cür tədbirlərdə iştirak imkanlarını itirib. Üçüncü versiyaya gəldikdə isə bunun təhlükəsizliklə yanaşı, onun qorxması ilə bağlı olduğu iddia edilir.