"The Sun": Smartfonun güclü qızması izlənmə əlamətlərindən biridir
Bu gün, 17:34

Qısqanc və etibarsız partnyorlar, eləcə də kibercinayətkarlar qurbanlarının smartfonunda gizli izləmə üçün zərərli proqram təminatı (malware) istifadə edə bilərlər. Belə proqramları cihazda ilk baxışdan aşkar etmək çətin olsa da, onlar yenə də izlər buraxır ki, insan təqib və ya casusluq qurbanı olduğunu başa düşə bilər.
Valyuta.az xəbər verir ki, bu barədə "The Sun" nəşri "QR Code Generator" şirkətinin rəhbəri Mark Porkara istinadən yazıb.
Əsas əlamətlər:
1. Güclü istiləşmə: Casus proqramlar fon rejimində işləyərək prosessorun yüksək yüklə işləməsinə səbəb olur, nəticədə telefon istirahət halında olsa belə isti qalır.
2. Tez batareya tükənməsi: Zərərli proqram daimi aktiv olduğundan enerji sərfiyyatı xeyli artır.
3. Yüksək internet trafiki: Casus tətbiqlər topladıqları məlumatları uzaq serverə göndərmək üçün mobil məlumat istifadə edir.
4. Təsadüfi simvollar olan mesajlar: Tez yox olan qəribə mesajlar zərərli proqramın əmrlər almasına işarə ola bilər.
5. Öz-özünə aktivləşmə: Ekranın özbaşına işə düşməsi, zənglər zamanı kənar səslər və ya digər nasazlıqlar mikrofon/kamera kimi funksiyalara uzaqdan girişi göstərə bilər.
Təhlükəsizlik tədbirləri:
* Quraşdırılmış tətbiqlərin siyahısını müntəzəm yoxlayın
* Etibarlı parollar və antivirus proqramları istifadə edin
* Telefonu nəzarətsiz buraxmayın
* Şübhə hallarında cihazı zavod parametrlərinə qaytarın (full reset)