Bakıda dələduz “general” axtarışa verilib - FOTO
18-11-2015, 15:15
Bakıda “general” ləqəbli dələduz axtarışa verilib.
Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1954-cü il təvəllüdlü Manaf Bala oğlu Nadirov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. O xeyli sayda vətəndaşın etimadını qazanaraq 100 min manatdan artıq mənimsəməyə yol verib.
Polisdən həmçinin bildirilib ki, M. Nadirov Bakıda “general” ləqəbi ilə tanınır.
Hazırda onn tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.