Şəmkirdə ağır yol qəzası: 5 nəfər ölüb 2-12-2019, 00:04 Şəmkir - Gədəbəy avtomobil magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Hadisə avtomagisrtalın Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb."Mitsubishi Pajero" ilə “VAZ-21011” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki kişi, iki qadın və bir azyaşlı olmaqla, 5 nəfər ölüb.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir, faktla bağlı araşdırma başlanılıb. //APA Facebook-da paylaş